La La Lend

La La Lend
La La Land
Janr romantik film, komediya-dram, komediya filmi, musiqili film, dram filmi
Əsas mövzu Romantik sevgi[4], müvəqqəti münasibət[d][4], Hirs[d][4], müvəffəqiyyət[d][4], caz[4], aktyorluq[4], film sənayesi[4]
Rejissor Demyen Şazel
Prodüser
  • Fred Berger
  • Qari Gilbert
  • Cordan Horovitz
  • Mark Platt
Ssenari müəllifi Demyen Şazel
Baş rolda
Operator Linus Sandqren
Bəstəkar Castin Hurvitz
Quruluşçu rəssam Devid Uosko[d]
İstehsalçılar
Distribütor Summit Entertainment
İlk baxış tarixi 31 avqust 2016 (Venesiya Film Festivalı)
9 dekabr 2016
(ABŞ)
12 yanvar 2017
(Birləşmiş Krallıq)
12 yanvar 2017
(Azərbaycan)
Müddət 128 dəq[1]
Büdcə $30 milyon[2]
Gəlir $397 milyon[3]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 2016
Rəng rəngli
Çəkiliş yeri Lonq-Biç[5], Los-Anceles
IMDb ID3783958
Mükafatları Academy Award for Best Original Song Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con LecendRozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir.

Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir.

Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir. 74-cü Qızıl Qlobus mükafatlarının təqdim edilmə mərasimində yeddi mükafata layiq görülmüş film, ən çox mükafat qazanmış tək film kimi rekord qırmışdır: Ən yaxşı bədii film-myuzikl və ya komediya, Ən yaxşı rejissor, Ən yaxşı aktyor, Ən yaxşı aktrisa, Ən yaxşı ssenari, Ən yaxşı orijinal film musiqisi, Ən yaxşı orijinal mahnıı ("City of Stars").

  1. "La La Land (12A)". British Board of Film Classification. October 14, 2016. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.
  2. Bart, Peter. "Peter Bart: 'La La Land' Adds Musical Backbeat To Wide-Open Awards Race". Deadline.com. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.
  3. "La La Land (2016)". Box Office Mojo. 2017-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar, 2016.
  4. 1 2 3 4 5 6 7 La La Land (ing.). 2017.
  5. IMDb (ing.). 1990.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search